“Hicabın Allahla bağlılığına heç bir aidiyyəti yoxdur” – Video
Müsahibə
“Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın aparıcılıq etdiyi “Nəsillərin Divanı” verilişinin yeni buraxılışı yayımlanıb.
News24.az xəbər verir ki, RTV-də yayımlanan verilişin qonağı millət vəkili Fazil Mustafa olub.
Veriliş zamanı çıxış edən Fazil Mustafa hicabın Allahla bağlılığı və əhəmiyyəti barədə danışıb. O bildirib ki, hicab mömin qadınlara və peyğəmbərin qızlarına tövsiyə olunub.
“Hər oruc tutan, namaz qılan özünə mömin deyə bilməz”.
F. Mustafa qeyd edib ki, qadınların zorla başlarını örtməsi və hicab taxması Quranda nəzərdə tutulmayıb:
“Örtünün! Amma ən böyük örtü sizin təqvanızdır. Təqva yalnız Allahın gördüyü örtükdür. Allahın gördüyü örtüyə önəm vermirlər, insanların gördüyü örtüyə önəm verirlər”.
Daha ətraflı videoda: