-
- Bu gün, 12:03
- 129
Təkcə bu futbolçu LGBT-yə qarşı çıxdı
Misirli ulduz futbolçu Sem Morsi İngiltərə Premyer Liqasında LGBT təbliğatına qarşı çıxaraq qoluna sarğı taxmayıb.
News24.az xəbər verir ki, Morsi Nottingham Forestlə matçda LGBT-ni təbliğ edən göy qurşağı sarğısını taxmaqdan imtina edib.
İngiltərənin "İpsviç Taun" klubu misirli futbolçunun "Göy qurşağı bağları" kampaniyası çərçivəsində qoluna sarğı taxmamasının hörmətlə qarşılandığını bildirib.
Açıqlamada deyilir: "İpsviç Taun klubda hər kəsə qarşı dözümlü olmaqda qərarlıdır. Biz Premyer Liqanın "Göy qurşağı bağları" kampaniyasını dəstəkləməkdən qürur duyuruq. Kapitanımız Sem Morsinin inancına görə bu sarğıları taxmamasına da hörmət edirik. Meydanda və meydandan kənarda hamı hörmətlə qarşılanır. Biz hər kəsə dəyər verildiyi bir mühit yaratmağa davam edəcəyik”.
Günel Məlikzadə