Kollec rəhbəri vəzifəsindən azad edildi
    • Bu gün, 12:38
    • 191

Kollec rəhbəri vəzifəsindən azad edildi

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin rəhbəri  işdən çıxarılıb.

News24.az-ın məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Gəncə  Regional Kollecinin  rəhbəri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Nadir oğlu Kubışov vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, İ.Kubışov əvvəllər Gəncə Dövlət Regional Kolleci qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib. İ.Kubişovdan əvvəl isə Gəncə Dövlət Regional Kollecinin rəhbəri işləmiş Fəxrəddin Zeynalov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib./Unikal