-
- 6-07-2019, 17:06
- 1 217
Azərbaycanda fövqəladə vəziyyətdə əhalini ərzaqla təmin edəcək qurum MÜƏYYƏNLƏŞDİ
Azərbaycanda fövqəladə vəziyyət şəraitində əhalini ərzaq məhsulları ilə təmin edəcək qurum müəyyənləşib.
News24.az Report-a istinadən xəbər verir ki, bu, Baş Nazir Novruz Məmmədovun “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Nizamnaməsinin təsdiq edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.
Qərara əsasən, ASC dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil edəcək.
Eyni zamanda büdcə təşkilatlarının verdiyi sifarişlər üzrə “Aqrar tədarük və təchizat” ASC-nin elektron portalında göstərilən məhsul istehsalçılarından (satıcılarından) məhsulların birbaşa satın alınmasını, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirəcək.
“Aqrar tədarük və təchizat” ASC yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin edəcək, o cümlədən bütün növ satış obyektlərini təşkil və idarə edəcək.
Bundan əlavə ASC ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərəcək.
Həmnçinin fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edəcək.
Qərarda qeyd olunub ki, cəmiyyət bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlər üçün lisenziya və ya icazə tələb olunan fəaliyyət növü ilə yalnız belə lisenziya və ya icazə aldıqdan sonra məşğul ola bilər.