-
- 4-12-2024, 15:56
- 149
Hind ailəsini təhqir edən qadına uçuş qadağası
ABŞ-nin Los-Anceles şəhərində “United Airlines” şirkətinə məxsus servisdə hind əsilli bir ailəyə qarşı irqçi ifadələr işlədən qadın sərnişin aviaşirkət tərəfindən ömürlük öz uçuşlarından uzaqlaşdırılıb.
News24.az xəbər verir ki, sosial mediada yayılan və böyük reaksiyalara səbəb olan görüntülərdə adının Karen olduğu öyrənilən qadın toy fotoqrafı Pərviz Taufiqi və ailəsini təhqir edərək əl işarəsi edib.
İrqçi qadının təhqirlərini lentə alan Taufiq ABŞ-dən olmadığını iddia edən qadına "Mən də ABŞ-də doğulmuşam. Amerika pasportumu göstərməyimi istəyirsən?" dediyi eşidilib.
Şikayət üzərinə polis müdaxilə edib, avtomobildəki digər sərnişinlər də qadının servisdən düşməmək üçün bir müddət müqavimət göstərməsindən şikayətlənib.
Servisdə ailəsi ilə çətin günlər keçirən Taufiq, Instagram hesabından verdiyi açıqlamada, "Belə insanların hələ də var olması təəccüblüdür. Fotoqraf olaraq çox şey görmüşük, amma buna bənzər bir şey yaşamamışıq" deyib.
Məryəm İlhamqızı