Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara DİN-dən reaksiya
Hadisə
Daxili İşlər Nazirliyi (DİN) Bakıda müğənninin dələduzluğa məruz qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
News24.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlamasında bildirib ki, polisə vətəndaş Asif Məhərrəmovun evinin təmir-tikinti işləri zamanı pul vəsaitinin ələ keçirilməsi iddiası ilə bağlı müraciəti daxil olub.
Onun sözlərinə görə, müraciət əsasında Binəqədi Rayon Polis İdarəsində zəruri araşdırmalar aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək. (Oxu.az)