Bakıda "ağıllı radar" sistemi qurulur?

Bakıda "ağıllı radar" sistemi qurulur? Dünya

Bakıda aeroport yolunda yeni radarlar quraşdırıldığı iddia edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, bunlar "ağıllı radar" sistemidir. Bu sistem vasitəsi ilə radarlar arasındakı intervalı hesablamaq mümkündür.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yayılan məlumat əsassızdır. Sözügedən şəkil isə hələ 2018-ci ildə xarici saytlarda yer alıb.