-
- 4-12-2024, 21:48
- 123
Ceyhun Bayramov və Mirzoyan görüşəcək ?
ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.
News24.az "unikal"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Qeyd edək ki, dekabrın 4-5-də Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası keçiriləcək.
ATƏT XİN-in iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan da iştirak edir.