Vüqar Həşimovun valideynlərinin son durumu AÇIQLANDI
    • 5-12-2024, 12:45
    • 114

Vüqar Həşimovun valideynlərinin son durumu AÇIQLANDI

Vüqar Həşimovun anası  Yeni Klinikaya köçürülüb.

Mərhum Avropa çempionu Vüqar Həşimovun valideynlərinin son durumu barədə TƏBİB-dən News24.az-a açıqlama verilib. 

Qeyd edilib ki, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü Qasım Həşimov müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. 

"Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55 faizini əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir.

TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü Aidə Həşimova müalicəsi Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb.  Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. 

Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub, - deyə bildirilib.

Qeyd edək ki, Qasım Həşimov Vüqar Həşimov Şahmat Akademiyasının direktorudur.

Ağa Dadaşzadə