"İmişli"nin 2 futbolçusu hədəfdə
    • 5-12-2024, 17:21
    • 138

"İmişli"nin 2 futbolçusu hədəfdə

Ötən gün "İmişli"  Azərbaycan Kubokunun 1/8 mərhələsində "Kəpəz"ə 1:0 hesabı ilə məğlub olub.

News24.az xəbər verir ki, Aran təmsilçisinin  oyunu müsbət mənada hər kəsin marağına səbəb olub. 

1-ci Liqada çıxış edən "İmişli"nin 2 oyunçusu, artıq Premyer Liqa klublarının maraq dairəsindədir. Onlar Mehdi Tahirov və Həzrət İsayevdir. 

Qış transfer pəncərəsində onlara əsas liqa təmsilçilərindən təklifin gəlməsi gözlənilir. 

Ağa Dadaşzadə