Dolların ehtiyat valyuta olması BU QƏDƏR qazandırır – ŞOK MƏBLƏĞ
    • 5-12-2024, 18:08
    • 115

Dolların ehtiyat valyuta olması BU QƏDƏR qazandırır – ŞOK MƏBLƏĞ


Dollardan dünyanın ehtiyat valyutası kimi istifadə edilməsi ABŞ-a ildə təxminən 100 milyard dollarlıq birbaşa gəlir gətirir.

News24.az Musavat.com-a mətbuatına istinadən xəbər verir ki, bunu Verona Avrasiya İqtisadi Forumunda “Rosneft”in rəhbəri İqor Seçin deyib.

Onun sözlərinə görə, dolların dünyanın ehtiyat valyutası kimi saxlanılması bütün Amerika iqtisadiyyatına böyük dividentlər gətirəcək: “Bununla belə, ABŞ özü hazırda dollardan sanksiya aləti kimi istifadə ilə ona olan inamı sarsıdır. Bu, böyük səhvdir, çünki ticarət heç vaxt dayanmayacaq, həm enerji təhlükəsizliyi, həm də həyat həmişə ondan asılı olacaq”.


Onun fikrincə, dünya ticarətində dollar ödənişlərinə qoyulan məhdudiyyətlərin davam etdirilməsi milli valyutalardan istifadə və yeni universal alətlərin işlənib hazırlanması imkanlarını artıracaq. Seçinə görə, dolların əsas rəqibi bəşəriyyətin min illər boyu ödənişlər üçün istifadə etdiyi qızıl olacaq: “Ümumdünya Qızıl Şurasının məlumatına görə, təkcə son üç ildə dünya qızıl-valyuta ehtiyatlarında qızılın payı, demək olar ki, 8 faiz bəndi artaraq 20 faizə çatıb”.