Məhkumları sevindirəcək XƏBƏR: Güzəşt olunacaq
    • 6-12-2024, 12:23
    • 229

Məhkumları sevindirəcək XƏBƏR: Güzəşt olunacaq

İnsan hüquqları sahəsində hər zaman təkmilləşmələrin aparılmasına ehtiyac var.

Bunu Hüquq və İnsan Haqları İnstitutunda keçirilən "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanuna dair hazırlanmış elmi-praktiki kommentariya layihəsinin müzakirəsi üçün dəyirmi masada İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə deyib.

O bildirib ki, 3 ay inzibati qaydada həbs olunan şəxslərlə bağlı layihədə təklifləri var: "Eyni zamanda ekstradisiya qaydasında həbs olunanların hüquq və vəzifələri, həmçinin yaxın qohumlarının dəfn mərasimində məhkumların iştirakı məsələsi mövcud qanunda əksini tapmayıb. Bir təklif isə uşaqlarla bağlıdır. Qadın həbsxanalarında 3 yaşına qədər uşaqlar anası ilə birgə qalır. Onların kənarda olan qohumunun, nənə və babasının yanında qalması məsələsi qanunda tənzimlənməyib. Bu məsələlərin həll edilməsi ilə bağlı təkliflər hazırladığımız komentariyada əksini tapıb"./Milli.Az/