-
- 6-12-2024, 23:59
- 115
Nazir müavini təhsil proqramı ilə bağlı vacib məsələləri danışdı
Xəbər verdiyimiz kimi, növbəti ildən başlayaraq, təhsil ocaqlarında bir sıra yeni ixtisaslar təklif olunacaq.
News24.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirinin müavini İdris İsayev açıqlama verib:
“Mən düşünürəm ki, yeni ixtisaslar üzrə təhsil proqramları hazırlamaq vacibdir. Bu proqramlarda yeni qiymətləndirmə alətlərindən, təcrübə və tədqiqatlara əsaslanan təhsil texnologiyalarından istifadə etməliyik. Təhsil və əmək bazarı arasında daha inteqrativ fəaliyyət ortaya qoyulmalıdır və bu fəaliyyət bir tərəfli olmamalıdır. Əmək bazarı da bu dəyişikliklərə hazır olmalıdır və işə götürənlər bu proseslərlə yaxından tanış olmalıdır”.
O, həmçinin bildirib ki, gənclər karyera planlamasına hazır olmalıdırlar.
“İlk növbədə öz məqsədlərini müəyyən etməlidirlər. Gənclər bilik və bacarıqlarını düzgün qiymətləndirməlidirlər. Əgər düzgün qiymətləndirmə aparmazlarsa, arzuları ilə reallıq arasında fərq yaranacaq və əmək bazarına daxil olmaqda çətinliklərlə qarşılaşacaqlar. Gənclər əmək bazarına qorxmadan daxil olmalıdırlar. Bu, həm şəxsi inkişaf, həm də iqtisadiyyatın inkişafı üçün vacibdir”./milliaz