İranda 700 nəfər xəstəxanaya yerləşdirildi
    • 6-12-2024, 16:05
    • 132

İranda 700 nəfər xəstəxanaya yerləşdirildi

İranın cənub-qərbində, Xuzistan əyalətinin Əhvaz şəhərində havanın çirklənməsi ilə bağlı 700-ə yaxın insan xəstəxanalara müraciət edib.

News24.az xəbər verir ki, Əhvaz Cündişapur Tibb Elmləri Universitetinin vitse-prezidenti Dr. Meysem Muazi ölkədə havanın çirklənməsi ilə bağlı açıqlama verib.

Muazi, hava çirkliliyinin artması ilə birlikdə son 24 saatda 700-ə yaxın insanın ürək və tənəffüs xəstəlikləri səbəbiylə universitetə bağlı xəstəxanalara müraciət etdiyini bildirib.

Şəhər əhalisini tədbir görmələri mövzusunda xəbərdar edən Muazi, "Havanın çirkli olduğu günlərdə insanlardan evlərini tərk etməmələrini, tənəffüs problemi olanların dərmanlarını vaxtında qəbul etmələrini və açıq havada olmamalarını xahiş edirik" deyib.

Günel Məlikzadə