UEFA-dan Asim Xudiyevə növbəti təyinat

UEFA-dan Asim Xudiyevə növbəti təyinat İdman

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində iş başında olacaq. 

Xudiyev “Olimpiya” (Sloveniya) - “Serkle Brügge” (Belçika) görüşündə hakimlərin işinə qiymət verəcək. 

Dekabrın 12-də keçiriləcək qarşılaşma Lyublyana şəhərində yerləşən “Stojitse” stadionunda baş tutacaq.