-
- 8-07-2019, 17:41
- 1 441
"Eyvanlarda paltar qurutmaq ənənəsinə son qoymaq lazımdır" - XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib.
Bakı şəhər Baş Polis İdarəsindən News24.az-a verilən məlumata görə, şəhərdəki antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır.
“Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayrı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir.
Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar”, - deyə müraciətdə qeyd olunub.