-
- 7-12-2024, 10:48
- 87
İran diplomatlarını və hərbçilərini Suriyadan çıxardı
İran bəzi diplomatlarını və hərbi müşavirlərini Suriyadan təxliyə etməyə başlayıb.
News24.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
İddialara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəzi əsgərləri artıq İraq və Livana təxliyə edilib. Dekabrın 2-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirmişdi ki, iranlı hərbi müşavirlər Suriyada olmaqda davam edəcək.
“The New York Times”ın mənbələri də iddia edir ki, bəzi iranlı diplomatik əməkdaşlar və onların ailə üzvləri, eləcə də sıravi İran vətəndaşları Suriyanı tərk edib. İnsanların bir qismi təyyarə ilə Tehrana, bir qismi isə quru yolu ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.
Aynurə