-
- 7-12-2024, 18:00
- 99
Müxalif lider Koreya prezidentini istefaya çağırdı
Cənubi Koreyanın müxalif partiya lideri Li Ci-Myunq prezident Yun Sok-Yolun xalqa müraciətindən narazı qalıb.
News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Koreya Demokratik partiyasının rəhbəri dövlət başçısının çıxışının xalqın gözləntilərini qarşılamadığını deyib.
"Hazırda Cənubi Koreya üçün ən böyük risk, Yun Sok-Yolun prezident kimi mövcudluğudur. Onun administrasiyasının istefasından başqa yol yoxdur", - deyə müxalif lider bildirib.
Qeyd edək ki, dövlət başçısı bir neçə saat əvvəl xalqa müraciət edərək dekabrın 3-ü ölkədə hərbi rejim elan etdiyi üçün üzr istəyib. \\Teleqraf.com