Naxçıvanda piyada ölümü ilə nəticələnən avtoqəza olub

Naxçıvanda piyada ölümü ilə nəticələnən avtoqəza olub Hadisə

Naxçıvanda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, "report"un yerli bürosunun məlumatına görə hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Belə ki, dumanlı havada 67-BL-794 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1961-ci il təvəllüdlü İsmayılov Abbas Novruz oğlunu vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.