Oğurladığı avtomobillə QƏZA TÖRƏTDİ
    • 9-07-2019, 10:50
    • 623

Oğurladığı avtomobillə QƏZA TÖRƏTDİ

Balakəndə sərxoş vəziyyətdə avtomobil qaçıran şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, iyulun 8-də Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə “Mersedes” markalı avtomobil aşkar ediblər.

Aparılmış araşdırmalarla həmin avtomobilin rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olduğu müəyyən edilsə də, ancaq onun Balakən şəhər sakini Abdulla Qarayev tərəfindən qaçırıldığı aşkar olunub. İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N. Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.