Əsəd bu ölkədədir: ailəsi ilə birgə... - Rəsmi

Əsəd bu ölkədədir: ailəsi ilə birgə... - Rəsmi Dünya

“Rusiya çətin vəziyyətdə Suriya prezidenti Bəşər Əsədi tərk etməyib”. 

News24.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

“Bəşər Əsəd və ailəsi Moskvadadır, Rusiya çətin vəziyyətlərdə dostlarına xəyanət etmir”, – o, “Telegram” kanalında yazıb. Diplomatın sözlərinə görə, “Rusiya ilə ABŞ arasındakı fərq budur”.

Bundan əvvəl TASS-ın Kremldəki mənbəsi Əsəd və onun ailə üzvlərinin humanitar səbəblərə görə Rusiyadan sığınacaq aldığını bildirib.

Xatırladaq ki, noyabrın 27-də müxalif silahlı qruplaşmaların üzvləri Suriyanın Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə qarşı genişmiqyaslı hücuma başlayıb. Dekabrın 7-də axşam saatlarında Əsədin müxalifləri bir neçə böyük şəhəri - Hələb, Deyr əz-Zor, Dəra, Həma və Hümsü ələ keçiriblər. Dekabrın 8-i səhər onlar Dəməşqə daxil oldular, bundan sonra ordu hissələri paytaxtı tərk ediblər. Bəşər Əsəd daxili Suriya danışıqlarından sonra vəzifəsini və ölkəni tərk edib.

Aynurə