Tələbə qızın etirazı Pezeşkianın çıxışını yarımçıq qoydu

Tələbə qızın etirazı Pezeşkianın çıxışını yarımçıq qoydu Dünya

İran Prezidenti Məsud Pezeşkian Məşhəd şəhərindəki Firdovsi Universitetində çıxışı zamanı tələbə qızlardan birinin etirazından sonra nitqini yarımçıq dayandırıb.

News24.az xəbər verir ki, tələbə tədbirin təşkilindən və tələbələrin öz fikirlərini sərbəst ifadə etmək imkanlarının məhdudlaşdırılmasından narazılığını bildirib.

Buna cavab olaraq Pezeşkian tələbədən yerində əyləşməsini istəyib və baş verənlərdən narazılığını ifadə edib.

“Qızım, yerinizdə əyləşin... Elə şərait yaradırlar ki, gələcəkdə belə tədbirlərdə iştirak etməyək. Qarşıda daha bir iclasımız var. Düşünürəm ki, burada çıxışımı davam etdirməyin artıq mənası yoxdur”, – deyə İran Prezidenti bildirib.