Göyərçinə görə 2 nəfər dəm qazından boğuldu
    • 8-12-2024, 23:16
    • 537

Göyərçinə görə 2 nəfər dəm qazından boğuldu


Moskva yaxınlığındakı Serpuxovda 23 yaşlı kişi və 70 yaşlı qadın ölü göyərçinin bacanı bağlaması səbəbindən mənzildə yığılan dəm qazından zəhərlənərək vəfat ediblər. 

Söz.az xəbər verir ki, bu barədə REN TV-yə mənbə məlumat verib.

Məlum olub ki, vanna otağında qaz qazanı bacaya qoşulub, lakin  havalandırmanın çıxışı tıxanab.

“Havalandırma kanalı və baca beton-kərpic qalıqları və göyərçin cəsədi ilə tamamilə bağlanıb”, - deyə mənbə bildirib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları qaz avadanlıqlarının saxlanmasına cavabdeh olan təşkilatı yoxlamağa başlayıblar. 

Onun iş otağında axtarış aparılıb, sənədlər, o cümlədən ventilyasiya, baca kanallarının vəziyyəti haqqında akt və onların müayinəsi üçün protokol götürülüb.