-
- 9-12-2024, 08:16
- 9 489
Ac qarına sirkəli su içməyin nə faydası var?
Aç qarına sirkəli su içmək hər kəs tərəfindən bilinən məşhur bir üsuldur.
Lent.az xəbər verir ki, aç qarına sirkəli su içməyin potensial faydaları tez-tez qeyd olunur. Sirkəli su maddələr mübadiləsini sürətləndirdiyi, arıqlamağa kömək etdiyi və immun gücləndirici təsiri ilə xəstəliklərdən qoruduğu üçün ac qarına istehlak edilir.
Ancaq acqarına sirkəli su içməyin faydalarını əldə etməyə çalışarkən bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.
Sirkə əsrlər boyu müalicəvi qidalar arasında olmuşdur və bir çox çeşidi vardır. Sirkə alma, armud, üzüm, taxıl, bəkməz, çiyələk, kartof, çuğundur və ağcaqayın siropu kimi fermentləşdirilə bilən karbohidrat qaynağı olan məhsullardan istehsal oluna bilən bir mayedir.
Ən çox istehlak edilən sirkə növləri alma və üzüm sirkəsidir. Alma sirkəsi sağlamlığa faydalı tərkibi ilə bir çox problemin dərmanıdır. Ənənəvi tibb sahəsində müxtəlif xəstəliklərdə istifadə olunur.
Ümumiyyətlə, sirkə su ilə qarışdırılır və acqarına içilir. Ancaq bu üsul faydası olsa da, orqanizmə zərəri də var.
Aç qarına sirkəli su içmək qan şəkərini tənzimləməyə kömək edir. Bundan əlavə, sirkə turşusu mədənin boşalma sürətini yavaşlata bilər və nişastalı qidalardan sonra qan şəkərini və insulini azalda bilər.
Tədqiqatlar göstərir ki, alma sirkəsi qanda ümumi xolesterin səviyyəsinin azalmasına səbəb olur. Yaxşı xolesterin kimi tanınan HDL xolesterinin artmasına və qan trigliseridinin (lipid) səviyyəsinin azalmasına kömək edə bilər.
Qısa müddətli tədqiqatlar, alma sirkəsi istehlak edən şəxslərin aşağı kalorili pəhrizdə olanlara nisbətən daha çox arıqladığını göstərir. Bununla belə, alma sirkəsi və kilo itkisi ilə bağlı daha çox araşdırmaya ehtiyac var.
Alma sirkəsi kimi təbii sirkə növlərinin sağlamlıq üçün potensial faydaları olduğu düşünülsə də, onu gündəlik istifadə halına gətirməzdən əvvəl diqqətli olmaq faydalıdır.
Sirkənin təbiəti turşudur. Buna görə şüurlu və nəzarətli şəkildə istehlak edilməsi tövsiyə olunur. Aç qarına sirkəli su içmək həddindən artıq istehlak edildikdə və ya kifayət qədər su ilə qarışdırılmadığı zaman mədəyə zərər verə bilər. Sirkənin turşu təbiəti diş minasını aşındıra bilər. Sirkəli su içəndən sonra ağzını yaxalamaq yaxşı ehtiyatdır.
Həddindən artıq istehlak kalium səviyyəsini aşağı sala bilər ki, bu da sağlamlıq problemlərinə səbəb ola bilər. Diabet, qan təzyiqi və ya digər dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Bu səbəblə, xüsusilə mədə problemi yaşamaq istəmirsinizsə, ac qarına sirkəli su istehlak etməyiniz tövsiyə edilmir. Bəs sirkəli suyu necə istehlak etməli və nə vaxt içməli?
1-2 xörək qaşığı sirkə (15-30 ml) bir stəkan suda (200-250 ml) qarışdırılıb içilməlidir. Ac qarına içmək olar, lakin mədə həssaslığı olanlar üçün bu uyğun olmaya bilər. Bu səbəbdən acqarına sirkəli su istehlak etmək tövsiyə edilmir.
Sirkəli suyu günün istənilən vaxtında, hətta yeməkdən sonra da istifadə edə bilərsiniz. Yeməklərdə və ya salatlarda sirkədən istifadə etməklə də oxşar faydalar əldə edə bilərsiniz. Acqarına sirkəli su istehlak etməzdən əvvəl hər hansı bir sağlamlıq probleminin qarşısını almaq üçün bir mütəxəssislə məsləhətləşməlisiniz.
Sonda onu da qeyd edək ki, bu məqalə yalnız ümumi məlumat məqsədilə yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.