Qida zəhərlənməsindən 2 nəfər ÖLÜB - FOTO - VİDEO
    • 9-07-2019, 11:34
    • 850

Qida zəhərlənməsindən 2 nəfər ÖLÜB - FOTO - VİDEO

Qida zəhərlənməsindən 2 nəfər vəfat edib. 

News24.az-ın xəbərinə görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhmızli AQTA-nın fəaliyyətə başlamasının 1 ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, agentliyin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və digər xarakterli ümumilikdə 17 241 müraciət daxil olub: "Onlardan 359-u qida zəhərlənmələri ilə bağlı şikayətlər olub. Agentliyin əməkdaşları tərəfindən operativ qaydada aparılan araşdırmalar nəticəsində 167 qida zəhərlənməsi faktı öz kliniki təsdiqini tapıb, 403 nəfərin qida zəhərlənməsinə məruz qaldığı müəyyən edilib. Zərərçəkənlərdən 2-si vəfat edib".

Afaq Mirayiq
Video Fərid Şabanov