Adnan Əhmədzadə iddilara cavab verdi - FOTO

Adnan Əhmədzadə iddilara cavab verdi - FOTO İdman

Tanınmış iş adamı Adnan Əhmədzadənin Azərbaycanda klub alacağına dair yayılan xəbərlər 1 aydan çoxdur ki, mətbuatda dolaşır. 

News24.az xəbər verir ki, iş adamı 1-ci Liqa təmsilçisi "Mingəçevir"ə sponsor olacağı barədə məlumatları şəxsən təkzib edib. 

O, sosial şəbəkə səhifələrinin birinə xəbərin yalan olduğuna dair şərh yazıb: "Fake News - Düzgün məlumat deyil".

Qeyd edək ki, Adnan Əhmədzadə iş adamı və dünyaca məşhur futbolçu Lionel Messinin dostudur. 

Ağa Dadaşzadə


Adnan Əhmədzadə iddilara cavab verdi - FOTO