Suriyadakı son vəziyyət - FOTOlar
    • 9-12-2024, 16:12
    • 267

Suriyadakı son vəziyyət - FOTOlar

Xəbər verdiyimiz kimi, Suriyada rejim əleyhinə qruplar paytaxt Dəməşqi ələ keçirdikdən sonra prezident Bəşər Əsəd ölkədən qaçıb.

Suriyada 13 ildir davam edən vətəndaş müharibəsinin məcrası 27 noyabrda Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi müxalif qrupların başlatdığı hücumlarla sürətlə dəyişib.

Rejim əleyhinə qüvvələr dekabrın 7-nə keçən gecə paytaxt Dəməşqə daxil olub. Suriya lideri Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya sığınıb.

Suriyalılar Əsədin evinə və saraylarına girərək onları talayıblar.

News24.az NTV-yə istinadən xəbər verir ki, indi Suriyada yeni administrasiyanın yaradılması gündəmdədir.

Müxalifətin atacağı addımlar maraqla gözlənilir.

Eyni zamanda, saraylarından biri və Dəməşqdəki Əməvilər meydanının şəkilləri çəkilib.

Həmin fotoları təqdim edirik:

Günel Məlikzadə