Kanadadan Trampa xəbərdarlıq
    • 10-12-2024, 08:00
    • 134

Kanadadan Trampa xəbərdarlıq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bütün Kanada mallarına 25% rüsum tətbiq etməyə qərar verərsə, Kanada hökuməti buna cavab verəcək.

News24.az xəbər verir ki, bunu Kanadanın baş nazir Castin Trüdo deyib.

Üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınan Trüdonun sözlərinə görə, bütün Kanada mallarına 25% rüsum tətbiq etmək Ottavanın iqtisadiyyatı üçün dağıdıcı olar:

“Kanada ədalətsiz tariflərə bir neçə yolla cavab verəcək. Biz hələ də düzgün cavab yollarını axtarırıq”.

ABŞ, Kanada və Meksika dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli sazişlə bağlıdır. Bununla belə, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.

Eyni zamanda Tramp Kanada və Meksikanın ABŞ-ın yeni ştatları olmasını təklif edib.//report