-
- 10-12-2024, 20:06
- 150
İtinə qoyduğu ada görə bacısından küsdü
Kanadada qadın itinə qoyduğu ada görə bacısından küsüb.
News4.az teleqraf.com-a istinadla xəbər verir ki, bacısından küsən 29 yaşlı qadın öz hekayəsini "Reddit" forumunda paylaşıb.
Qadının dediyinə görə, o, uzun müddətdən sonra hamilə qalıb. Yeni doğulacaq qızımıza Layla adını verməyi planlaşdırmışıq: "Bu adı yeniyetməlikdən sevirəm. Nənəmin adı Delayla idi, onun xatirəsini yad etmək üçün övladıma bu adı qoymaq istəyirdim. Bütün ailəm bunu yaxşı bilirdi".
Altı ay əvvəl isə onun bacısı Layla adını itinə qoyub. Qadın bacısına iradını bildirib, o isə cavabında “bu ada müəlliflik hüququ yoxdur” deyib.
Qadın bu hərəkətinə görə bacısını bağışlaya bilməyib və hətta toyuna getməkdən imtina edib.