Mikroavtobus aşdı - Sürücü həyatını itirdi
    • 10-12-2024, 13:57
    • 202

Mikroavtobus aşdı - Sürücü həyatını itirdi

Türkiyənin Muğla vilayətinin Fəthiyə rayonunda yol qəzasında mikroavtobusun altında qalan sürücü Enes Y. həyatını itirib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, 07 BBL 394 nömrə nişanlı mikroavtobusun sürücüsü Ölü dəniz yolunda yağışlı hava şəraitində əyləc sisteminin xarab olması nəticəsində avtomobili aşırıb.

Hadisə yerinə təcili yardım və polis qüvvələri cəlb olunub. Xəstəxanaya aparılan sürücünün həyatını xilas etmək mümkün olmayıb.


Ağa Dadaşzadə