-
- 10-12-2024, 16:15
- 429
Atanın yanında 17 yaşlı oğlunu öldürdülər, daha sonra... - VİDEO
"Tutaq ki, kimsə sizi öldürmək üçün bıçaqla hücum edirsə, bu zaman sizin zəruri müdafiə hüququnuz var. Sizin öz həyatınızı, yaxınlarınızın həyatını müdafiə etmək məqsədi ilə həmin şəxsi həyatdan məhrum etmək hüququnuz var. Qanun sizə bu hüququ verib və heç bir cəza ola bilməz".
News24.az xəbər verir ki, bunu RTV-də yayımlanan "Qırılma nöqtəsi" verilişində tanınmış yazıçı Müşfiq Abbasov deyib.
"Ancaq burada bir nüans var ki, zəruri müdafiə həddini aşa bilməz. Məsələn, bir şəxs sizə əlində rezin dəyənəklə hücum edirsə, siz onu tapança ilə gülləliyə bilməzsiniz. Çünki, o hücumun qarşısında sizin elədiyiniz hərəkət adekvat hərəkət deyil, siz artıq zəruri müdafiə həddini aşmış olursunuz".
Verilişi daha ətraflı bu linkə daxil olaraq izləyə bilərsiniz.
Günel Məlikzadə