-
- 7-08-2018, 16:54
- 1 985
Bakıda 6 yaşlı uşağa təcavüz edən pedofil usta tutulub
Ev sahiblərinin qısa müddətdə evdə olmamasından istifadə edən usta azyaşlıya qarşı çirkin əmələ əl atıb/
Bakıda pedofil saxlanılıb. Bu barədə paytaxtın Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Suraxanı RPİ-nin cinayət-axtarış şöbəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü Bakı sakini Elbrus Məmmədov saxlanılıb. Onunla bağlı AR Cinayət Məcəlləsinin 150-ci maddəsi (seksual xarakterli zorakılıq hərəkətləri) ilə cinayət işi açılıb.
E.Məmmədov 6 yaşlı qız uşağına qarşı cinayət törətməkdə ittiham olunur. Məlumata görə, iyulun 15-dən 18-dək Məmmədov Suraxanı rayonu, Cəfərov küçəsində yaşayan E.S.-in sifarişi əsasında onun evində usta işləyib.
İşin materiallarına görə, həmin dövr ərzində ev sahiblərinin qısa müddətdə evdə olmamasından istifadə edərək, ailənin 2012-ci il təvəllüdlü qızına yaxınlaşıb və ona qeyri-ənənəvi üsullarla təcavüz edib. Bu cinayətdən uşağın valideynləri hadisədən yarım ay keçəndən sonra xəbər tutublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, istintaq Məmmədovun təqsirini sübut edən dəlillərə malikdir. Faktla bağlı istintaq davam edir.
//Sputnik.az