DİM ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə seçim elan edir
    • 9-07-2019, 15:12
    • 849

DİM ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə seçim elan edir

Dövlət İmthan Mərkəzi 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün seçim elan edir.

DİM-dən News24.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər iyunun 19-dan iyulun 17-dək aşağıdakı sənədləri Dövlət İmtahan Mərkəzinə (Ünvan: Yasamal rayonu, Mikayıl Müşfiq küç., 1M) vəya onun regional bölmələrindən birinətəqdim edirlər:-“Abituriyentin elektron ərizəsi” nin surəti;-Müvafiq proqram üzrəəldəolunmuş təhsil sənədinin əslini vəsurətini, həmçinin həmin sənədin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinətərcüməsini.

Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formadada DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı vəya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər. Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent iyulun 15-dən 30-dək şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olunmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir. Abituriyentlər yalnız tədrisi ingilis dilindəaparılan ixtisasları seçəbilərlər. Ali təhsil müəssisələrinəmüsabiqədənkənar qəbul üçün minimal tələblər müvafiq ixtisas qrupları vətəhsil proqramları üzrəaşağıdakı cədvəllərdə təqdim olunub. 

DİM-dən o da bildirilir ki, ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 6-dək in-ternet vasitəsilə aparılacaq. İxtisas seçmək hüququ olan abituriyentali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-də kixtisas kodunu qeyd edəbilər.İxtisas seçimi mərhələsindəabituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını www.eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nədaxil edib təsdiq etməlidirlər (bax: səh. 12, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası). Abituriyentlər, müsabiqəşərtlərini ödədikləri halda, eyni vaxtda 3 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansıikisi vəV ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.