"Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Donald Tusk
    • 9-07-2019, 15:12
    • 997

"Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Donald Tusk

"Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir".

Bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüşün yekununda deyib.
"Azərbaycan unikaldır. Siz ənənəni və müasirliyi birləşdirirsiniz. Bugünkü mürəkkəb geosiyasi landşaftda strateji mövqeyinizə görə həm Şərqə, həm də Qərbə baxırsınız", - D.Tusk bildirib./report/