-
- 11-07-2019, 19:32
- 1 291
"Təəssüf ki, Gürcüstan rəsmiləri..." - Mahmud Məmmədquliyev
“Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına və qardaşlıq mühitində həll olunmalıdır”.
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Gürcüstanın “Rustavi 2” televiziya kanalına açıqlamasında bildirib.
Nazir müavini deyib ki, Azərbaycanın Gürcüstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və Azərbaycan qonşu ölkənin ən böyük investorudur.
O qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan bu mövqeyini hər zaman dəqiq və aydın ifadə edir. Lakin təəssüflər olsun ki, Gürcüstan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini hər zaman bildirmir. Sonuncu dəfə Avropa Şurası Nazirlər Komitəsinin bu ilin mayında Finlandiyada keçirilən sessiyasında bunun şahidi olmuşuq”. /report/