
-
- 11-12-2024, 09:41
- 233
Samuxda ev yandı - Yaralı var
Samuxda evdə yanğın olub.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonunun Köbər kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.