Lerikdə iri qaya parçası yola düşdü
    • 11-12-2024, 11:50
    • 101

Lerikdə iri qaya parçası yola düşdü

Lerikdə iri qaya parçası yola düşüb.

News24.az APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun ucqar dağ kəndi olan Dicoda iri qaya parçası yola düşüb. Nəticədə Lerik-Piran-Veri-Dico kənd yolu bağlanıb, nəqliyyatın hərəkətində problem yaranıb.

Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov hadisəni təsdiqləyib:

"Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıblar. Yolsuzluq şəraitinə görə əraziyə ağır texnika çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir".

Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır.