Sabirabad sakini Hacıqabulda narkotiklə SAXLANILDI
    • 9-07-2019, 16:04
    • 748

Sabirabad sakini Hacıqabulda narkotiklə SAXLANILDI

Sabirabad sakini Hacıqabulda narkotiklə saxlanılıb.

News24.az-ın Aran  bürosunun məlumatına görə, Hacıqabul polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Moranlı kənd sakini, 1996-cı il təvəllüdlü Talıblı Ramil Mərdan oğlu qanunsuz əldə etdiyi 60 qram qurudulmuş marixuana və 1 ədəd əkib-becərilməsi qadağan edilən yaş çəkisi 8,83 qram olan çətənə bitkisini üzərində gəzdirdiyi üçün şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə çinayət işi başlanılıb.