-
- 11-12-2024, 12:28
- 480
Qızıl dükanında Xalq artistinin bacısının saçını yoldular
Ötən həftə Kişinyovda bir qızıl dükanında qadınlar arasında dava baş verib.
News24.az xəbər verir ki, bu barədə Moldovada yaşayan jurnalist Mərdan Zulayev məlumat yayıb.
Məlumata görə, qızıl dükanında satıcı ilə alış-veriş edən Sofiya Baqunun uzun-uzadı söhbət etməsi digər müştərinin qəzəbinə səbəb olub. Vaxt qıtlığından narazı olan müştəri Sofiyaya kəskin etiraz edib. Aralarında yaranan mübahisə saçyoldu ilə nəticələnib. 30-35 yaşlarında olan qadın 44 yaşlı Baqunun saçını yolaraq onu dükandan 30 metr uzağa rükləyib. Yoldan keçənlərin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Sofiyanın Xalq artisti Natali Barbunun bacısı olduğu barədə məlumatlar yayılıb. Lakin məşhur müğənninin köməkçisi bildirib ki, onun belə bacısı yoxdur.
Ağa Dadaşzadə