
-
- 11-12-2024, 15:17
- 472
Bakıda polis sürücü qadına necə kömək etdi? - VİDEO
Bakıda polis əməkdaşı Aytəkin Gülməmmədovanın şəxsi avtomobilinin dövlət nömrə nişanının tapılmasına yardım edib.
Bu barədə News24.az-a Aytəkin Gülməmmədova özü məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər işə gələrkən DYP əməkdaşları onu yolda saxlayıb, avtomobilin ön nömrəsinin olmadığını bildiriblər.
“Heydər Əliyev prospekti ilə hərəkət edərkən avtomobilin təkərinin altında nəsə qaldığını hiss etdim. Lakin bunun mənim maşınımın nömrəsi olduğunu düşünmədim. Prospektdə avtomobillərin intensiv hərəkəti olduğu üçün avtomobili saxlaya bilmədim. İrəlidən dönüb geri qayıdaraq, nömrəni axtarmağa başladım”, - deyə o bildirib.
Geri qayıdarkən ona ÇPA əməkdaşları yaxınlaşıb və A.Gülməmmədova bu barədə polislərə izah edib:
“Magistral yolla geri piyada qayıtdığım üçün polis əməkdaşları məni saxlayıb, bunun təhlükəli olduğunu izah etdilər. Polis əməkdaşlarına avtomobilimin nömrəsinin yolda düşdüyünü və nömrəni tapmaq üçün magistral yolla geri qayıtdığımı dedim. Bundan sonra polis əməkdaşları operativ şəkildə nömrənin tapılması üçün həmkarlarına məlumat verdi və avtomobilin nömrəsini tapan polis nömrəni mənə gətirdi. Bundan sonra Nizami Polis İdarəsindən bir polis kapitanı məni müşayiət edərək yola saldı. Göstərdikləri diqqət və köməyə görə polis əməkdaşlarına təşəkkürümü bildirdim”.
Ağa Dadaşzadə