-
- Dünən, 21:50
- 96
Dadlı naringiləri seçərkən nəyə diqqət etməliyik?
“Bir naringi seçərkən qabığının meyvənin özünə kifayət qədər sıx yapışıq olmasına diqqət etməlisiniz. Əgər o aralıdırsa və ya boşluqlar varsa, bu, naringinin zədələnməsinə işarədir”
News24.az medianews.az-a istinadən xəbər verir ki, bunu diyetoloq Olqa Panova deyib.
Mütəxəssis onu da qeyd edib ki, dondurulmuş naringilər dadsız olacaq. Diyetoloqun sözlərinə görə, onları bərk, parlamayan və mat qabıqları ilə tanımaq olur.
Materialda həmçinin qeyd olunur ki, naringilərdəki yaşıl budaqları onların təravətinin təminatı adlandırmaq olmaz, çünki yarpaqlar rəngini çox uzun müddət saxlaya bilir.