-
- 12-12-2024, 14:02
- 135
Atəşfəşanlıq nəticəsində 3 nəfər vəfat edib
İlin əvvəlindən Rusiyada pirotexniki vasitələrin istifadəsi 100-dən çox evə zərər vurub. Bədbəxt hadisə nəticəsində 3 nəfər ölüb, daha 20 nəfər ciddi xəsarət alıb.
News24.az Rusiya mətbuata istinadən xəbər verir ki, qonşu ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, əksər hallarda yanğına səbəb təhlükəsizlik tədbirlərinə riayət edilməməsi və sertifikatsız məhsullardan istifadə olub.
Nazirlik hadisələrin qarşısını almaq üçün vətəndaşları qaydalara riayət etməyə çağırıb.
Ağa Dadaşzadə