"Tufandağ"da kanatdan istifadə BAHALAŞDI - bir nəfər...
    • 9-07-2019, 18:00
    • 2 390

"Tufandağ"da kanatdan istifadə BAHALAŞDI - bir nəfər...

Qəbələ "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksində fəaliyyət göstərən kanat yollarından istifadənin qiyməti artıb. 

News24.az xəbər verir ki, hazırda kanatdan istifadə etmək bir nəfər üçün 22 manata başa gəlir. Ötən il bu qiymət 20 manat olub. 

Kompleksdən bildirilib ki, kanat yolunda iki stansiyadan istifadə 14 manat təşkil edir. 22 manata kanatın 4 stansiyasından istifadə daxildir. Bu qiymət uşaqlar üçün 11 manatdır.