-
- 12-12-2024, 12:50
- 132
"Milan"ın kapitanı "Qalatasaray"a keçə bilər
"Milan"ın kapitanı Davide Kalabria karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
News24.az xəbər verir ki, "Qalatasaray" italiyalı sağ cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul klubu "Milan"la müqaviləsi mövsümün sonunda başa çatan 28 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Qalatasaray" təcrübəli oyunçu üçün İtaliya nəhənginə rəsmi təklif göndərəcək.
Kalabrianı ilə "Roma" da maraqlanır. Lakin transfer yarışında "Qalatasaray"ın daha şanslı olduğu bildirilir.
Qeyd edək ki, Davide Kalabria "Milan"ın yetirməsidir və peşəkar karyerası yalnız bu klubla bağlıdır. İtaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 316 rəsmi matçda 15 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.\sportal.az