-
- Bu gün, 17:29
- 113
Mourinyo "Fənərbaxça"dan ayrılıb hara qayıdır?
"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo yenidən İngiltərədə çalışa bilər.
News24.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Vulverhempton"u çalışdırmaq ehtimalı var. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mourinyonun "Fənərbaxça" ilə müqaviləsində 5 milyon avroluq sərbəstqalma bəndi var. "Vulverhempton" bu məbləği ödəyib 61 yaşlı məşqçini komandaya gətirmək istəyir.
Joze Mourinyo mövsümün əvvəlində "Fənərbaxça"nın baş məşqçisi təyin olunub və Türkiyə klubu ilə 2 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.