Məktəbli qızlar həmyaşıdlarının başına oyun açdı
    • Bu gün, 18:56
    • 159

Məktəbli qızlar həmyaşıdlarının başına oyun açdı

Rusiyada yeddi məktəbli qız həmyaşıdını məktəbin tualetində döyüb. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Kotelniki şəhərində baş verib.

Döyüldükdən sonra Yekaterina Mizulinanın kanalına düşdükləri ilə öyündülər. İndi onlara qarşı cinayət işi açılıb.

Məktəbin 7 şagirdi həmyaşıdlarını tualetdə bağlayaraq onu ələ salmağa başlayıblar. Daha sonra isə onlar qızın saçından tutub, döyüblər.

Onlar hadisəni videoya çəkiblər və sonra video internet üzərindən yayıblar.

Döyülən qızın yaxınlarının dediyinə görə, məktəb işçiləri baş verənlərdən xəbər tutsalar da, sadəcə olaraq susmağa üstünlük veriblər. Zərərçəkmişə kəllə-beyin travması diaqnozu qoyulub.

Video Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya çatıb. 

O, prokurora və İstintaq Komitəsinə müraciət göndərəcəyini bildirib. 

İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi açıb. Məktəbli qızları 7 ilə qədər həbs cəzası gözləyir.