“Qoxulayanda burnum şişdi, səsim dəyişdi…” – Tarixə düşən astronavt nələr danışdı?
    • Bu gün, 10:59
    • 89

“Qoxulayanda burnum şişdi, səsim dəyişdi…” – Tarixə düşən astronavt nələr danışdı?

“Apollon 17” kosmik gəmisinin geoloq astronavtı Harrison Şmit Aya ayaq basan azsaylı insanlardan biri kimi kosmos tarixinə düşən şəxsdir. Lakin onun hekayəsi təkcə kəşf uğuru ilə deyil, həm də gözlənilməz sağlamlıq təcrübəsi ilə seçilir.

News24.az xəbər verir ki, Yer üzündə heç bir maddəyə qarşı allergiyası olmayan Şmit 1972-ci ildə Ayda işləyərkən Ay tozuna gözlənilməz reaksiya verib. Burnu tıxanıb, gözləri qaşınıb, dalbadal asqırmağa başlayıb.

Ayın torpağı Yerdəki analoqundan tamamilə fərqlidir. Şmit deyib ki, bucaqlı və iti quruluşu ilə insan orqanizmində qıcıqlandırıcı təsirə malik olan bu toz astronavtın “düşündüyündən çox daha şiddətli” bir diskomfort yaradıb. Üstəlik, Şmittin komanda yoldaşlarından biri də oxşar reaksiya verib və skafandrını çıxararkən öz missiyasını tərk etməli olub.

2019-cu ildə qatıldığı bir tədbirdə "Tozu ilk dəfə qoxuladığım anda burnumun içi şişdi və səsim dəyişdi” deyən Şmit bu vəziyyəti 3 dəfə yaşadığını və gələcək missiyalarda bu problemlərin mütləq həll edilməsi lazım olduğunu söyləyib. 

“Sputnik”in xəbərinə görə, araşdırmalar da Şmitin təcrübəsini təsdiqləyir. Ay tozu insan saçından 50 dəfə kiçik hissəciklərdən ibarətdir və ağciyərlərdə uzun müddət asılı vəziyyətdə qala bilir. Mütəxəssislər bu vəziyyətin yalnız müvəqqəti allergik reaksiyalara deyil, hüceyrə ölümü və DNT zədələnməsi kimi uzunmüddətli sağlamlıq problemlərinə də səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

NASA Ay tozunun astronavtların kabinəsinə və ya paltarına girməsinin qarşısını alacaq yeni texnologiyalar üzərində işləyərkən, Şmitt gələcəkdə Aya gedəcək komandalara xəbərdarlıq edir: “Ay tozuna məruz qalacaq insanların allergic reaksiyasının olub olmadığını əvvəlcədən test etməliyik”. 

Harrison Şmit NASA-dan ayrıldıqdan senator olmağa qədər uzanan rəngarəng karyerasında kosmosda keçirdiyi bu qeyri-adi sağlamlıq təcrübəsi ilə də yadda qalıb. Onun maraqlı hekayəsi göstərir ki, Ayda uzunmüddətli mövcudluq təkcə texnoloji yeniliklərlə deyil, həm də sağlamlığı qorumaq üçün diqqətlə planlaşdırmaqla mümkün olacaq.

Aynurə