4 nəfər yanaraq can verdi, onların meyitləri... - DƏHŞƏTLİ QƏZA

4 nəfər yanaraq can verdi, onların meyitləri... - DƏHŞƏTLİ QƏZA Hadisə

Türkiyənin Ədirnə şəhərində dəhşətli qəza baş verib.

News24.az  xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində qeydə alınıb.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil evin divarına çırpılaraq alovlanıb.

Yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülsə də, avtomobildə olan 4 nəfərin yanaraq öldüyü müəyyən edilib.

Ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üçün cəsədlər morqa aparılıb. Qəza ilə bağlı araşdırmalar davam edir./musavat.com/