Azərbaycana bu ölkələrdən niyə az turist gəlir? - Dövlət Turizim Agentliyi AÇIQLADI
    • Bu gün, 14:29
    • 105

Azərbaycana bu ölkələrdən niyə az turist gəlir? - Dövlət Turizim Agentliyi AÇIQLADI

Dünyada ən gəlirli sahələrdən biri turizim sahəsidir. Hətta turizmi bəzi ölkələrdə sərvət kimi qəbul edirlər. Muasir dövrdə, artıq uzun məsafələrə səyahət etmək, yeni ölkələrlə tanış olmaq bir məşğuliyyətə çevirilib. Eyni zamanda, belə səfərlərdən adi vətəndaşlardan tutmuş blogerlər də böyük pullar qazana bilir. Mövzünün əsas istiqiməti isə turist qəbul edən ölkələrə aiddir. Belə ki, turistlərin sayı nə qədər çox olarsa, büdcə daha çox gəlir əldə edir. Təsəvvür edin ki, dünyanın 45 faizdən çox ölkəsi təkçə 1 turizim mövsümündə ölkə büdcəsinin yarısını doldurur. Bundan başqa, mövsüm zamanı turistlərin sayəsində 12-15 sahə ciddi mənfəət əldə edir. 

Turizim potensialı ölkələrin digər məqsədlərindən biri də müxtəlif qitələrdən, müxtəlif regionlardan daha çox turistin cəlb olunmasıdır. 

Azərbaycana da kifayət qədər turist gəlir, ancaq müşahidələrə əsasən, Afrika və Amerika ölkələrindən yetəri qədər turistin ölkəmizə səfərini yetəri qədər görə bilmirik. 

Mövzu ilə bağlı Dövlət Turizim Agentliyindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan  qlobal səviyyədə yeni inkişaf etməkdə olan turizm destinasiyası kimi dünya turizm və səyahət bazarında özünü mövqeləndirməkdə və tanınmaqdadır. 

"Turizmin davamlı inkişafını təmin etmək üçün turizm sənayesinin dəstəklənməsi, turizm məhsullarının formalaşdırılması, ölkənin təbliğatı istiqamətində ardıcıl və planlı addımlar atılır. Hazırda Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Polşa, Böyük Britaniya, Türkiyə), Yaxın Şərq ölkələri (BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Qatar, Küveyt, Bəhreyn, Oman), Rusiya və MDB ölkələri (Rusiya, Qazaxstan, Özbəkistan, Belarus), Asiya ölkələri (Çin, Hindistan, Pakistan), Uzaq Şərq ölkələri (Yaponiya, Malayziya, Sinqapur, İndoneziya, Cənubi Koreya) prioritet istiqamətlər kimi müəyyənləşdirilib və hədəf bazarlar üzrə çoxşaxəli marketinq və tanıtım işləri aparılır", - deyə qeyd edilib.

Bildirilib ki, bu ilin 11 ayının statistikasına əsasən 2 412 000-dən çox xarici vətəndaş ölkəmizə gəlib və bu rəqəm ötən illə müqayisədə 27% artım deməkdir. 

"Cari dövr üçün ilk 10-luqda Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Pakistan, Çin, Özbəkistan, BƏƏ kimi ölkələr sıralanır.

Ənənəvi bazarlarla yanaşı, Azərbaycan artıq Ərəb Körfəzi, Asiya və Mərkəzi Asiya kimi mənbə bazarlardan da ziyarətçilər qəbul etməkdədir", - deyə əlavə edilib.

Ağa Dadaşzadə