-
- Bu gün, 02:08
- 70
Qırmızı şərab nə ilə FAYDALIDIR?
“Qırmızı şərab qan təzyiqi və diabet riskini azalda bilər”
News24.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu genetik və qidalanma mütəxəssisi Tim Spektor deyib.
Spektor və bir qrup elm adamı beş min insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, qırmızı şərab içənlər alkoqoldan imtina edən və ya digər spirtli içkilər içənlərə nisbətən daha sağlam və daha müxtəlif bağırsaq mikrobiomlarına malikdir.
“Bağırsağın mikroflorasının müxtəlifliyi normal metabolizm, güclü immunitet və yaxşı həzm üçün çox vacibdir”, – deyə genetic bildirib.
Spektorun fikrincə, qırmızı şərabın faydalı xüsusiyyətləri onun istehsal üsulu və üzümün qabığında çoxlu miqdarda polifenol olması ilə bağlıdır. Bu güclü antioksidant mədə-bağırsaq traktının və bağırsaq mikrobiotasının sağlamlığını qorumağa kömək edir, həm də bədənin qoruyucu xüsusiyyətlərini artırır. Alim xəstəliklərin qarşısını almaq üçün yeməklə birlikdə bir stəkan şərab içməyi tövsiyə edib.\\Medianews.az